7 kq narkotik vasitə daşıyan 2 nəfər saxlanıldı,


Kriminal 29 İyn 2018 11:49:00 270 0

7 kq narkotik vasitə daşıyan 2 nəfər saxlanıldı,

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

DSX-nın Mətbuat Mərkəzindən Son.az-a verilən məlumata görə, 2018-ci ilin 28 iyun tarixində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin olunmuşdur.

Həmin tarixdə saat 03:15 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı-Masallı şosse yolunda DSX əməkdaşları tərəfindən şübhəli avtomobil müşahidə olunmuşdur. Avtomobil təqib olunaraq sürücü və sərnişinlərdən biri saxlanılmış, avtomobildə olan 1 nəfər digər şəxs qaçmağa müvəffəq olmuşdur.


Xəbərə aid fotolar