"Əsas fəaliyyət istiqamətimiz radikalizmlə mübarizə olmalıdır"


Siyasət 29 İyn 2018 11:28:00 288 0

"Əsas fəaliyyət istiqamətimiz radikalizmlə mübarizə olmalıdır"

Bizim əsas fəaliyyət istiqamətimiz radikalizmlə mübarizə olmalıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Dövlət-din münasibətlərinin hüquqi bazası" mövzusunda keçirilən respublika müşavirəsində çıxışı zamanı deyib.

O bildirib ki, komitə tərəfindən respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini radikalizm və ekstremizmlə ideoloji müstəvidə effektiv mübarizənin aparılması, eyni zamanda, müxtəlif dinlərə, məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət, mehribanlıq və əməkdaşlıq şəraitində birgəyaşayış ənənələrinin daha da möhkəmləndirilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilir:

"Belə ki, sözügedən tədbirlərin əsas istiqamətlərindən biri bu sahədə mövcud qanunvericilik bazası ilə bağlı maarifləndirmə işinin təşkilidir".

G.İsmayılov bugünkü müşavirənin bununla bağlı ictimai müzakirələrin aparılması məqsədilə təşkil edildiyini diqqətə çatdırıb.