Samuxda idarə işçisinə atəş açan şəxs tutulub


Digərləri 29 İyn 2018 11:26:17 229 0

Samuxda idarə işçisinə atəş açan şəxs tutulub

Samuxda idarə işçisinə atəş açan şəxs tutulub

Bakı. Mayın 15-də Samux rayonunun Qarabağlar kəndi ərazisindəki artezian quyusuna nəzarət edən gözətçi otağına atəş açılması barədə DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə daxil olmuş məlumatla əlaqədar dərhal Samux Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. DİN-dən Trend-ə verilən məlumata görə, araşdırmalarla həmin gün kənd sakinlərinə məxsus əkin sahəsində artezian quyusuna nəzarət edən Elsevər Qurbanovun olduğu gözətçi otağına gələn Adil Behbudovun ov tüfəngindən bir neçə dəfə otaq istiqamətində atəş açdığı müəyyən edilib. Qırmalardan biri E.Qurbanovla birgə otaqda olan Çobanabdallı kənd sakini, əvvəllər məhkum olunmuş Elsevər Kazımovun boyun nahiyəsinə dəydiyindən o, xəstəxanaya yerləşdirilib.