Ramin Quluzadə: "Aztelekom"un özəlləşdirilməsi məsələsi dövlətin iqtisadi mənafeyinə uyğun dəyərləndirilir” - EKSKLÜZİV MÜSAHİBƏ


İqtisadiyyat 29 İyn 2018 11:10:12 166 0

Ramin Quluzadə: "Aztelekom"un özəlləşdirilməsi məsələsi dövlətin iqtisadi mənafeyinə uyğun dəyərləndirilir” - EKSKLÜZİV MÜSAHİBƏ

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “Report”a eksklüziv müsahibə verib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “Report”a eksklüziv müsahibə verib. Nazir son vaxtlar rəhbərlik etdiyi sahələrdə baş verən yeniliklər və gələcək planlar haqqında danışıb:

- Ramin müəllim, ilk öncə telefon və internet xidmətlərinin tarifləri ilə bağlı soruşum. Qarşıdakı aylarda bu xidmətlərin qiymətində hər hansı dəyişiklik ola bilərmi?

- Bildiyiniz kimi, ölkədə 50-dək internet provayder fəaliyyət göstərir. Onlar təqdim etdikləri xidmətlərin qiymətini sərbəst müəyyən edirlər. Rabitə xidmətlərinin qiymətlərinə gəlincə isə, bu qiymətlər Tarif Şurası tərəfindən müəyyən edilir. Qiymətlərin dəyişdirilməsi ilə bağlı Şuraya müraciət edilməyib.

- Bir neçə ildir ki, Bakıdakı parklarda internetə pulsuz giriş imkanı yaradılıb. Bu yeniliyin məqsədi nədir və onun əhatə dairəsi genişləndirilə bilərmi?

- Azərbaycan əhalisinin 80%-i internet istifadəçisidir, buna baxmayaraq internetdən faydalı istifadə edilməsi üçün tərəfimizdən əlavə tədbirlər görülür. Bu göstəricinin daha da yüksəlməsinə çalışırıq. Bu məqsədlə bir sıra layihələr həyata keçiririk, ən son texnologiyaları Azərbaycana gətiririk. Məqsədimiz odur ki, ölkə vətəndaşlarının internet xidmətləri ilə təchizatı daha keyfiyyətli olsun. Hazırda Bakıda LTE kimi texnologiyaların tətbiqi, regionlarda isə genişzolaqlı şəbəkənin inkişafı istiqamətində layihələr reallaşdırılır. Bundan başqa, paytaxtda 18 ərazidə “İctimai İnternet” layihəsi çərçivəsndə “Pulsuz Wi-Fi” şəbəkəsi aktiv edilib. Bu sosial layihədir və həm şəhər sakinlərinin, həm də ölkəmizə son zamanlar çoxlu sayda gələn turistlərin istifadəsi üçün nəzərdə tutulub. “Pulsuz Wi-Fi” olan ərazilər əsasən vətəndaşların daha çox üz tutduğu Dənizkənarı Milli Park, İçərişəhər, Heydər Əliyev Mərkəzinin parkı və digər böyük parklarımızdır.

- Bəzən internet istifadəçiləri şəbəkənin sürətinin və keyfiyyətinin aşağı olmasından şikayətlənirlər. Konkret olaraq sizə belə şikayətlər daxil olurmu?

- Əlbəttə, daxil olur. Amma onu da qeyd edim ki, bəzi vətəndaşlarımız mənzildaxili problemlərə görə nazirliyə, yəni dövlət qurumuna irad bildirir. Nəzərə almaq lazımdır ki, Nazirlik iri infrastruktur layihələrinə, qanunvericiliyin təkmilləşdirilməsinə, tənzimlənməyə və s. cavabdehdir.

İnternetin sürətinin və keyfiyyətinin artırılması istiqamətində də, təbii ki, fasiləsiz olaraq işlər aparılır. Məqsəd genişzolaqlı şəbəkənin əhatə dairəsinin genişləndirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsidir. Ölkəmizdə istifadəçilərə 50-dək internet provayder tərəfindən birbaşa xidmət göstərilir və həmin xifmətin keyfiyyətinə onlar cavabdehdir. Bu xidmətlərin müasir standartlara uyğunlaşdırılması istiqamətində nazirlik nəzarət tədbirlərini gücləndirməkdədir.

- Hazırda Azərbaycanı internetlə 2 operator təchiz edir. 3-cü “backbone”un bazara daxil olması gözlənilirmi?

- Hələ ki belə bir təklif yoxdur. Əlbəttə, bu, biznes layihəsidir və hansısa şirkət interneti Azərbaycana gətirmək üçün hazır olduğunu bildirsə, nazirlik bu təklifə açıqdır və heç bir problem yoxdur. Qanunvericilik, tənzimləmə baxımından bütün şərait mövcuddur.

Bilirsiniz ki, bu gün ölkənin beynəlxalq internet tutumu istifadəçilərin tələbatını artıq həcmdə təmin edir. Ancaq ölkənin informasiya axını məkanına çevrilmə planından irəli gələrək daha böyük həcmlərə ehtiyac yaranması mümkündür.

- Bəs Azərbaycanın mobil rabitə bazarına 4-cü mobil operator daxil ola bilərmi?

- Hələ ki bu məsələ ilə də bağlı nazirliyə heç bir müraciət daxil olmayıb.

- Azərbaycanda dövlətə məxsus rabitə müəssisələrinin, o cümlədən "Aztelekom" MMC-nin özəlləşdirilməsi neçə illərdir ki, ləngiyir. Səbəb nədir?

- Məsələni ləngimə kimi qiymətləndirmək düzgün deyil. Onu deyə bilərəm ki, bu məsələ dövlətin iqtisadi maraq və mənafeyinə uyğun dəyərləndirilir və buna uyğun müvafiq addımlar atılır.

- Sonuncu sualım, rəhbərlik etdiyiniz qurumun səlahiyyətində olan nəqliyyat sistemində hansı yeniliklər gözlənilir?

- Nəqliyyat sektorunda tənzimləmənin həyata keçirilməsi üzrə islahatlar davam etdiriləcək. Müəyyən təhlillər aparılıb, təkliflər hazırlanıb. Ölkənin nəqliyyat tranziti mərkəzinə çevrilməsi üçün dövlətin apardığı bütün layihələrə dəstək verilir, beynəlxalq əlaqələr genişləndirilir və bu sahənin potensialının artırılmasına baxılır. Həmçinin zamanın tələbinə uyğun olaraq informasiya- kommunikasiya texnologiyalarının nəqliyyat sistemində geniş istifadəsini reallaşdırmaq fikrindəyik. Bu, yaxın vaxtlarda həyata keçiriləcək. Beləliklə, nəqliyyat sektorunun fiziki infrastrukturu ilə yanaşı, İT-əsaslı infrastrukturu da inkişaf etdiriləcək. Nəticədə ölkədə nəqliyyat xidmətindən istifadə daha da asanlaşacaq, sərnişinlərin, yük daşıyıcılarının məmnunluğu yüksələcək.

Kıvanç məşhur seriala çəkilir like
  • 29 İyn 11:08  
Digərləri Kıvanç məşhur seriala çəkilir

Türkiyənin məşhur aktyoru “Prison Break” serialının yerli versiyasınd

arrow Ətraflı
DÇ-2018: FİFA Maradonaya getdiyi hər oyuna görə 10 min funt ödəyir like
  • 29 İyn 11:07  
Digərləri DÇ-2018: FİFA Maradonaya getdiyi hər oyuna görə 10 min funt ödəyir

Bu ödəniş ali futbol qurumunun Əfsanələr Proqramında nəzərdə tutulub

arrow Ətraflı
Komitənin sədr müavini: Əsas fəaliyyət istiqamətimiz radikalizmlə mübarizə olmalıdır like
  • 29 İyn 11:05  
Digərləri Komitənin sədr müavini: Əsas fəaliyyət istiqamətimiz radikalizmlə mübarizə olmalıdır

Bizim əsas fəaliyyət istiqamətimiz radikalizmlə mübarizə olmalıdır.

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşıb like
  • 29 İyn 11:04  
Digərləri Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb.

arrow Ətraflı
Azərbaycanın ikinci peykinin buraxılışı YENƏ təxirə salındı like
  • 29 İyn 11:01  
Digərləri Azərbaycanın ikinci peykinin buraxılışı YENƏ təxirə salındı

Azərbaycanın ikinci “Azerspace-2/Intelsat 38” geostasionar peykinin yay ü

arrow Ətraflı
İyulun 1-dən Bakı Metropoliteni yay qrafikinə keçir like
  • 29 İyn 10:56  
Digərləri İyulun 1-dən Bakı Metropoliteni yay qrafikinə keçir

Yay mövsümünün başlanması və sərnişin sayının azalması ilə əlaqəd

arrow Ətraflı
Sabah dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçiriləcək like
  • 29 İyn 10:55  
Digərləri Sabah dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 30 iyun 2018-ci il tarixində d

arrow Ətraflı
Bakı Metropoliteni yay rejiminə keçir like
  • 29 İyn 10:52  
İqtisadiyyat Bakı Metropoliteni yay rejiminə keçir

Xəttə çıxan qatarların sayı azaldılacaq

arrow Ətraflı
Həbs olunduğu deyilən like
  • 29 İyn 10:50  
Digərləri Həbs olunduğu deyilən

Türkiyəli aktrisa Gizem Karaca dəniz mövsümünü açıb.

arrow Ətraflı
Bakıda quldurluq edən şəxslər saxlanılıb like
  • 29 İyn 10:50  
Digərləri Bakıda quldurluq edən şəxslər saxlanılıb

Bakıda quldurluq edən şəxslər saxlanılıb.

arrow Ətraflı
Azərbaycan aqrar sektorda yeni layihənin icrasına başlayır like
  • 29 İyn 10:47  
İqtisadiyyat Azərbaycan aqrar sektorda yeni layihənin icrasına başlayır

Bakıda "Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin mühafizəsi və dav

arrow Ətraflı
Gürcüstanda zəlzələ olub like
  • 29 İyn 10:39  
Digərləri Gürcüstanda zəlzələ olub

Gürcüstanda 4,3 maqnitudalı zəlzələ baş verib.

arrow Ətraflı
Qəzet redaksiyasında gülləbaran: "amerikan qisası" və like
  • 29 İyn 10:38  
Dünya Qəzet redaksiyasında gülləbaran: "amerikan qisası" və

ABŞ-ın Merilend ştatındakı Annapolis şəhərində "Capital Gazette&qu

arrow Ətraflı
Serj Sarkisyan və arvadı Ermənistanı necə talayıblar... like
  • 29 İyn 10:36  
Dünya Serj Sarkisyan və arvadı Ermənistanı necə talayıblar...

Ermənistanda sabiq prezident Serj Sarkisyan və onun arvadı Ritanın maliyyə

arrow Ətraflı