Azərbaycanın ikinci peykinin buraxılışı YENƏ təxirə salındı


Digərləri 29 İyn 2018 11:01:00 226 0

Azərbaycanın ikinci peykinin buraxılışı YENƏ təxirə salındı

Azərbaycanın ikinci “Azerspace-2/Intelsat 38” geostasionar peykinin yay üçün nəzərdə tutulan buraxılışı yenə təxirə salınıb.

Bakı. Hüseyn Vəliyev - Azərbaycanın ikinci “Azerspace-2/Intelsat 38” geostasionar peykinin yay üçün nəzərdə tutulan buraxılışı yenə təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə peykin buraxılışı ilə məşğul “Arianespace” (Fransa) şirkəti bildirib. Qeyd edək ki, daha əvvəl mayın 25-ə təyin olunmuş proses Hindistanın kosmik-tədqiqat təşkilatının "GSAT-11" peykində aparılan texniki yoxlamalarla əlaqədar yay aylarına keçirilmişdi. Peykin buraxılışının sentyabrın 1-ci həftəsi üçün planlaşdırıldığı qeyd olunur.