Bank of Baku dəstəyilə keçirilən “Azərbaycan Xalq Cümhuriyyəti və Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırıldı!


Digərləri 29 İyn 2018 10:43:00 558 0

Bank of Baku dəstəyilə keçirilən “Azərbaycan Xalq Cümhuriyyəti və Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırıldı!

28 iyun 2018-ci il tarixində, "Bank of Baku" və "Azərbaycan müəllimi" qəzetinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin müəllimləri arasında elan edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti və Təhsil" mövzusunda inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi baş tutdu.

Tədbirdə Təhsil Nazirinin müavini Firudin Qurbanov, Bank of Baku ASC-nin İdarə Heyətinin Sədri Eldar Həmidov, münsiflər heyətinin üzvləri, qaliblər və KİV nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, yazı müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi uğurlar, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rol, həyata keçirilən böyük islahatları göstərməkdir. Müsabiqənin Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsindəki fəaliyyətinə həsr olunduğunu qeyd edən nazir müavini tədbirin ilk müstəqil respublikamızın bu sahədə atdığı addımların öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, qaliblərə təbrikini çatdırıb.


Xəbərə aid fotolar