Serj Sarkisyan və arvadı Ermənistanı necə talayıblar...


Dünya 29 İyn 2018 10:36:00 394 0

Serj Sarkisyan və arvadı Ermənistanı necə talayıblar...

Ermənistanda sabiq prezident Serj Sarkisyan və onun arvadı Ritanın maliyyə fırıldaqları ilə bağlı qalmaqallı faktlar açıqlanıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, erməni nəşri netq.am "Luys" xeyriyyəçilik fondunun fəaliyyəti ilə bağlı araşdırma aparıb. Bildirilir ki, Fondun təsisçisi keçmiş dövlət başçısı Serj Sarkisyan olub. İcraiyyə Komitəsinə isə onun Qarabağ qəbiləsi üzrə şərikləri-keçmiş baş nazir Tiqran Sarkisyan, Prezident Administrasiyasının başçısı olmuş Armen Qevorkyan və müdafiə naziri Viqen Sarkisyan daxil olublar.

"Luys" fondu, hansının ki, vəsaitləri dövlət və şəxsi təşkilatların ödəmələrindən formalaşdırılırdı, rəsmən xaricdə erməni tələbələrinin təhsilinin maliyyələşdirilməsi ilə məşğul olmalı idi. Ancaq məlum olub ki, pulun yarısından çoxu naməlum istiqamətdə yoxa çıxıb. Onlarla milyon dollarla hesablanan konkret xeyriyyə köməyi alanlar haqda məlumatlar hesabat və sorğularda yoxdur. Nəşri yazır ki, Fondun icraçı direktoru bu barədə informasiyaları gizlədir.

Hetq.am Fondun icraçı direktoru Vardan Markosyana 2009-2017-ci illərdə maliyyə köməyi almış bütün təşkilatların və şəxslərin siyahısı, həmçinin onun ölçüsü və hədəfi barədə məlumat vermək üçün sorğu göndərib. Amma icraçı direktor, müxtəlif səbəblər, o cümlədən 2016-cı ildəki dördgünlük müharibəni əsas gətirərək heç olmasa, siyahının bir hissəsini belə təqdim etməyib.

Bununla belə, nəşr Fondun fəaliyyəti ilə bağlı müəyyən sənədləri əldə etməyə nail olub. Həmin sənədlərdən məlum olur ki, 2009-cu ildən "Luys" fondu hökumətyönlü 40 müxtəlif təşkilata milyonlarla dollar vəsait köçürüb. Və bu, Sarkisyanın həmin xeyriyyə təşkilatı vasitəsilə həyata keçirdiyi müəmmalı əməliyyatların yalnız bir hissəsidir. "Xeyriyyəçilərin" istinad etdikləri əsas arqument yaralı əsgərlərə və hərbi əlillərə Yerevandakı bərpa mərkəzi üçün avadanlığın əldə edilməsi olub. Təbii ki, bərpa mərkəzi kimi, heç bir yaralı və əlil də heç nə almayıb...