Qəzet redaksiyasında gülləbaran: "amerikan qisası" və


Dünya 29 İyn 2018 10:38:06 318 0

Qəzet redaksiyasında gülləbaran: "amerikan qisası" və

ABŞ-ın Merilend ştatındakı Annapolis şəhərində "Capital Gazette" qəzetinin redaksiyasında gülləbaran törətmiş şəxs 38 yaşlı Cerrod Uorren Ramosdur.

Son.az Daily Mail-ə istinadən bildirir ki, gülləbaran nəticəsində 5 nəfər həlak olub, iki nəfər yaralanıb.

Gülləbaran törətməkdə şübhəli bilinən Ramos tutulub.

Polisdən verilən məlumata görə, Merilend sakini Ramosun adı qəzetdə dərc olunan məqalələrdən birində çəkilib. 2012-ci ildə o, qəzeti böhtanda suçlamış, jurnalistləri məhkəməyə vermişdi.

Daha sonra o, sosial şəbəkələrdə qəzeti sərt tənqid etmişdi. Ramos bir müddət "Capital Gazette"in əməkdaşlarını təqib də etmişdi.

6 il əvvəl "Capital Gazette"də dərc olunmuş məqalədə yazılmışdı ki, Ramos vaxtilə kollecdə eyni sinifdə oxuduğu qadına sataşırmış. O, əvvəlcə sabiq sinif yoldaşı ilə Facebook-da yazışıb, sonra qadını təhqir etməyə başlayıb.

Qadın polisə şikayətlənəndən sonra Ramos ondan əl çəksə də, beş ay sonra yenidən əvvəlki əməllərinə başlayıb.

Sonucda Ramos tutulub, məhkəməsi olub. Ona qarşı irəli sürülmüş ittihamlarla razılaşan Ramos 3 ay müddətinə azadlıqdan məhrum olunub.

Qəzet də bu barədə yazmışdı. Ramos qəzeti məhkəməyə versə də, uduzmuşdu.

Ramos Twitter akkauntunda "Capital Gazette" barədə yüzlərlə mənfi rəy yazmışdı. 2012-ci ilədək qəzetin naşiri olmuşq Tom Markuardtın dediyinə görə, Ramos onun əməkdaşlarını illərlə təqib edib: "Əməkdaşlarım ondan qorxurdular".

Ramosun Twitter-dəki paylaşımlarından birində 2011-ci ildə bu şəxs barədə dərc edilmiş məqaləni yazmış jurnalistin fotosu və belə sözlər yer alıb: "Əziz oxucu, bu səhifəni özümü müdafiə etmək üçün yaratmışam. Ann-Arandel dairəsini məhkəməyə verib müflis edəcəyəm, korrupsiyaya uğramış karyeraları və korporasiyaların leşlərini sərəcəyəm".


Xəbərə aid video