Səni mükəmməl ifadə edən yeni Galaxy A6 xətti


Digərləri 29 İyn 2018 10:00:00 271 0

Səni mükəmməl ifadə edən yeni Galaxy A6 xətti

Bu gün artıq smartfonun əla kamera ilə təchiz olunması ən vacib amillərdən biri sayılır. Belə ki, çəkdiyimiz hər bir şəkilin bizi tam olaraq ifadə etməsi üçün biz xüsusi rejimlərdən istifadə edir, fonu tənzimləyirik. Yeni Samsung Galaxy A6/A6+ smartfonları sizin əhval ruhiyyənizi belə düzgün təyin edib, çəkdiyiniz təsvirlərdə mükəmməl ifadə etməyi bacarır. Galaxy A6 xəttinin smartfonları incə metal korpus, "sərhədsiz" Super AMOLED ekran və yüksək icazəli əla kameralar ilə təchiz olunublar. 

Smartfonların əsas kameraları 16 MP icazəli olaraq istənilən şəraitdə keyfiyyətli təsvir çəkməyə imkan yaradırlar. Geniş F1.7  diafraqma daha çox işıq ötürmə gücünə malik olduğundan hətta zəif işıqlandırma şəraitində belə siz mükəmməl nəticələr əldə edirsiniz. Həmçinin qeyd etmək lazımdır ki, Galaxy A6+-un əsas kamerası ikili obyektiv ilə təchiz olunmuşdur, belə ki, burada 16 MP-lik kamera ilə birlikdə 5 MP-lik ikinci obyektiv mövcuddur. İkinci modul "life focus" rejimində çəkim üçün nəzərdə tutulub. Bu rejimin sayəsində siz təsvirin həm çəkim anında, həm də sonra "boke" effektini əlavə edərək arxa fonun yayılma dərəcəsini tənzimləyə bilərsiniz. Hər iki smartfon çəkiliş zamanı stikerlərin və animasiya maskalarının tətbiq edilməsini dəstəkləyir. Həmçinin, burada ekspoölçüm, ekspozisiya korreksiyası, həssaslıq dərəcəsinin tənzimlənməsi (ISO100...800)  və ağ rəng balansı kimi əlavə çəkim rejimlərinin də istifadəsi mümkündür.

Hər iki smartfon F 1.9 diafraqmalı və "flash" işıqlı əla selfi kameraları ilə təchiz olunub. Galaxy A6 xəttinin smartfonları  sizə təsvir keyfiyyətinin azalmaması və işıq ləkələrinin yaranmaması üçün nəzərdə tutulan günün istənilən vaxtı əla avtoportretlər eldə etməyinizə imkan yaradan "flash" işığının 3 parlaqlıq dərəcəsini təqdim edir. Qeyd etmək lazımdır ki, Galaxy A6 smartfonunun ön kamerası 16 MP, Galaxy A6+-un isə 24 MP təşkil edir. Hər iki cihazın frontal kamerası həm adi,  həm də geniş formatlı-panoram təsvirlər yaratmağa qadirdir. Belə ki, dostlarınızla birlikdə şəkil çəkmək artıq çətinlik yaratmır. Həmçinin, "selfie focus" rejimini tətbiq edərək, siz arxa fonun yayılma dərəcəsini tənzimləyə, kosmetik ("dəri tonu", "incə üz", "böyük gözlər") əlavələrdən istifadə edə və "beauty" ("rəng", "hamarlama") effektləri tətbiq edə bilərsiniz.