Bakıda "Porsche" maneəyə çırpılaraq yanıb


Sosial 29 İyn 2018 09:20:30 253 0

Bakıda "Porsche" maneəyə çırpılaraq yanıb

Faktla bağlı araşdırma aparılır

Bakı şəhərinin Nərimanov rayonunda "Porsche" markalı minik avtomobilinin maneyə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

FHN-dən "Report"a bildirilib ki, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.