Bu gün Milli Məclis sonuncu dəfə toplaşır


Digərləri 29 İyn 2018 08:54:00 310 0

Bu gün Milli Məclis sonuncu dəfə toplaşır

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, iclasın gündəliyinə 4 yeni məsələ əlavə edilib.

Ümumilikdə gündəlikdə duran 39 məsələyə "Polis haqqında", "İnformasiya əldə etmək haqqında", "İcarə haqqında", "İcra məmurları haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Dövlət qulluğu haqqında", "Siyasi partiyalar haqqında", "Feldyeger rabitəsi haqqında", "Yol hərəkəti haqqında", "İcra haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında", "Büdcə sistemi haqqında", "Notariat haqqında" və s. qanunlara, o cümlədən Cinayət, İnzibati Xətalar, Cinayət Prosessual, İnzibati Prosessual, Cəzaların İcrası, Mülki, Vergi məcəllələrinə dəyişiklik layihələri daxildir.

"Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq.