Bakıda bəzi marşrut avtobusların qrafikində ləngimələr olacaq


Digərləri 29 İyn 2018 08:42:00 233 0

Bakıda bəzi marşrut avtobusların qrafikində ləngimələr olacaq

Bu, Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi yolunda təmir işlərinin aparılması ilə əlaqədardır

"BakuBus" MMC Bakıda bəzi marşrut avtobusların qrafikində qeydə alınan ləngimələrlə bağlı məlumat yayıb.

Son.az bildirir ki, "BakuBus"un mətbuat katibi Qabil Babayevin "Report"a verdiyi məlumata görə, paytaxtda 2, 6, 13 və 14 nömrəli marşrut xəttləri üzrə hərəkət edən "BakuBus" MMC-yə məxsus avtobusların qrafik üzrə hərəkətində ləngimələr qeydə alınmaqdadır.

Onun sözlərinə görə, bu, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci kilometrlik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) təmir işlərinin aparılması ilə əlaqədardır.