Azərbaycanda hərbi liseylərdə təhsil müddəti azaldıldı


Digərləri 29 İyn 2018 08:44:00 277 0

Azərbaycanda hərbi liseylərdə təhsil müddəti azaldıldı

"Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi"nin və "Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2015-ci il 4 avqust tarixli 274 nömrəli qərarında dəyişikliklər edilib.

Son.az bildirir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, liseydə təhsil müddəti bir il azaldılıb və bu müddət 2 il olmaqla ümumi təhsil pilləsinin tam orta (X-XI siniflər) təhsil səviyyəsini əhatə edir.