Azərbaycanda iki yaşlı oğlan dərmandan zəhərlənərək ölüb


Digərləri 29 İyn 2018 08:22:00 230 0

Azərbaycanda iki yaşlı oğlan dərmandan zəhərlənərək ölüb

Cəlilabadda iki yaşlı uşaq dünyasını dəyişib. Son.az APA-ya istinadən bildirir ki, gecə saatlarında rayonun Hasıllı kənd sakini, 2016-cı il təvəllüdlü Mirkamil Samir oğlu Bağırov valideynləri tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

M. Bağırova həkimlər tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq o, dünyasını dəyişib.

İlkin məlumata görə, M.Bağırovun dərmandan zəhərlənərək dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.