Aİ ölkələri miqrasiya ilə bağlı razılıq əldə edib


Dünya 29 İyn 2018 07:19:36 284 0

Aİ ölkələri miqrasiya ilə bağlı razılıq əldə edib

Danışıqlar 15 saat davam edib

Avropa İttifaqına (Aİ) üzv olan 28 ölkənin dövlət və hökumət başçısı miqrasiya böhranı mövzusunda razılığa gəliblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Brüsseldə keçirilən sammitdə 15 saatlıq danışıqlardan sonra Lüksemburqun baş naziri Ksavye Bettel deyib.

"Miqrasiya ilə bağlı razılıq əldə olunub", - deyə o bildirib.