Günün qoroskopu: yeni planı reallaşdırmağa başlamaq olar


Digərləri 29 İyn 2018 00:01:00 284 0

Günün qoroskopu: yeni planı reallaşdırmağa başlamaq olar

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - günün ilk yarısında bütün işləri istədiyiniz kimi yerinə yetirmək mümkün deyil. Yaxın ətrafınızdakı insanlardan bir neçəsinin müqavimətini hiss edəcəksiniz. Tənbəllik etməyin, aktiv olun. Həllini tələb edən məsələlər arasında ən önəmlisini seçərək onu çözməyə başlayın. Mühafizəkar olun. Günün ikinci yarısında səbrli və təmkinli olsanız, işlərinizdə əhəmiyyətli dərəcədə irəliləyə bilərsiniz. Etibarlı tərəfdaşlardan dəstək almağa çalışın. Cazibədar təsir bağışlayan, amma şübhəli məsələlərə aldanmayın. Məşğul olduğunuz işlə bağlı təkliflərə aldanmayın. Diqqətli olun.

Buğa - günün ilk yarısında maraqlarınız və qayğılarınızın sayı artacaq. Sakit zaman deyil. Çox adama lazımsınız. Kiməsə yardım etməli olsanız, minnətdarlıq gözləməyin. İndi hamı öz işi ilə məşğuldur. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar arasında kreativ yanaşma nümayiş etdirənlər var. Ümumi maraqları və məqsədləri təhlil etmək olar. İnformasiya ilə iş, yazışma üçün yaxşı zamandır. Ünsiyyətdə sayıq olun. Axşam saatlarında səhhətinizə fikir verin.

Əkizlər - yeni əlaqələrin qurulması və ya zəif münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli zaman deyil. Məntiqə əsaslanın, ətrafınızdakı insanlara çox güvənməyin. Paxıllarla bədxahlarınızın məkrli planlarını alt-üst edin. Günün ikinci yarısında sizi aldatmağa çalışacaqlar. Gerçəklə yalanı ayrıd etməsəniz, itkilər verəcəksiniz. İşdə təşəbbüslərinizi rəhbərlik dəstəkləyəcək. Səmimi olun, gülərüz insan təsiri bağışlayın. Ailə üzvlərinin məsləhətlərini dinləyin.

Xərçəng - əsas məsələ düşünülməmiş addımlar atmamaqdır. Məsul işə başlayanda xırdalıqları və detalları qulaqardına vurmayın. İstehsalat prosesinə qatılıbsınızsa, səhvlərə yol verməyin. Sifariş və tapşırıqları vaxtında yetirin. Günün kiinci yarısında yaxınlarınızdan birinə təcili kömək göstərin. Yaxşı bələd olmadığınız insanlarla söhbətlərdə sirləri açmayın. Diqqətli olun, sayıq davranın.

Şir - günün ilk yarısı yeni işə başlamaq, layihəyə start vermək üçün əlverişlidir. Maraqlandığınız sahədə fəaliyyət göstərə bilərsiniz. Yaşam və ya iş yerini dəyişmək üçün münasib zaman deyil. Kollektiv çalışmaq daha yaxşıdır. Günün ikinci yarısında yeni şəriklə münasibətlərin detallarını dəqiqləşdirin. Sevdiyiniz insana hədiyyə verməyi unutmayın. Bununla belə kimsəni ideallaşdırmayın. İnsanlarda xas olmadıqları məziyyətləri görməyə can atmayın. Axşam saatlarını internetdə məlumatlar aramaqla keçirmək də olar.

Qız - hisslərə uymayın. Absurd təklifləri dərhal rədd edin. Nə istədiyinizi dəqiqləşdirin, xəyallara qapılmayın. Maliyyə, əmlak məsələlərində, hətta şəxsi münasibətlərdə anlaşılmaz vəziyyət yarana bilər.  Günün ikinci yarısında münasibətlərdə qarşılıqlı anlaşmaya və etimada nail olun. Sinirli davranış, şübhələr təmaslara çox ağır zərbə vura bilər. Mənasız qısqanclığa heç bir səbəb yoxdur. Axşam saatlarında gəzintiyə çıxın.