Azərbaycan neftinin 1 bareli 79 dollara çatır


Digərləri 28 İyn 2018 23:57:00 266 0

Azərbaycan neftinin 1 bareli 79 dollara çatır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 27-də 78,95 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 2,7 dollar dollar/barel çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 27-də 78,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,71 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 27-də 74,96 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 2,71 dollar/barel çoxdur.