Övladını və həyat yoldaşını Allaha təslim edən insan


Digərləri 28 İyn 2018 23:20:00 262 0

Övladını və həyat yoldaşını Allaha təslim edən insan

Allah Təala Qurani-Kərimdə Kəbə evini insanlar üçün əmin-amanlıq yeri kimi tanıtmış və buyurmuşdur: "Və (yadınıza salın) o zaman(ı) ki, Biz bu Evi (əzəmətli Kə'bəni) insanların dönüş yeri və əmin-amanlıq məkanı etdik və (dedik): "İbrahim məqamından(onun arxasından, ya sağ və ya sol tərəfindən) namaz üçün bir yer seçin. Və İbrahim ilə İsmailə tapşırdıq ki, Mənim evimi təvaf edənlər, yaxınlıqda olanlar (yaxud ibadətə çəkilənlər), rüku və səcdə edənlər üçün pak-pakizə edin"". ("Bəqərə" 125).

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət İbrahimin (ə) məqamı Allah yanında ucadır. Belə ki, hacılar təvaf etdikdən sonra İbrahim məqamında iki rükət namaz qılar və ona ehtiramlarını göstərərlər. Orada bir daş vardır ki, Həzrət İbrahim (ə) Kəbə evini inşa edən zaman onun üzərində dayanmışdır. Həmin daş indiyə qədər Kəbənin kənarında qorunmaqdadır.

Allahın cismi yoxdur ki, evə ehtiyacı olsun. Bu ayədə adı çəkilən Allahın evi, Allahın ayı (Ramazan ayı) kimi bir kəlmələrdəndir ki, Allaha məxsus olan məkan və zamana işarə edir.

Allah Təala Həzrət İbrahimi (ə) insanlar üçün İmam təyin edir. Çünki insanların İmam və rəhbərə ehtiyacları var idi.