BakıSumqayıt yolunda tıxac hələ 1 ay davam edəcək


Digərləri 28 İyn 2018 23:25:00 295 0

BakıSumqayıt yolunda tıxac hələ 1 ay davam edəcək

İyunun 27-dən Avtovağzalın qarşısından "Delfin" otelə kimi olan yolda aparılan təmir işləri nəqliyyatın hərəkətində ləngimələrə səbəb olub.

BBC News Azərbaycancaya danışan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib ki, əsas tıxaca səbəb olan təmir işləri 2-3 gün çəkəcək.

Onun sözlərnə görə, Beynəlxalq Avtovağzalın qarşısından Xırdalan dairəsinə kimi olan yoldakı təmir işləri isə hələ təxminən 1 aya qədər davam edəcək.

Şamaxinka adlanan ərazidə nəqliyyatın sıxlığı

BBC News Azərbaycancanın müxbiri avtomobillərin əsas sıxlığını "Şamaxinka" adlanan ərazidə və 20 Yanvar dairəsində müşahidə edib.

Maşınlar, demək olar ki, fasilə verməklə saatda 5 km surətilə hərəkət edir.

Bu istiqamətə taksi qiymətləri də iki dəfə qalxıb.