Gəncədə kütləvi dava zamanı xəsarət alanların adları məlum olub - YENİLƏNİB


Sosial 28 İyn 2018 23:17:00 300 0

Gəncədə kütləvi dava zamanı xəsarət alanların adları məlum olub - YENİLƏNİB

Dava yanacaqdoldurma məntəqəsində baş verib

Gəncə şəhərində kütləvi davada xəsarət alanlardan üçünün adı məlum olub.

“Report”un Qərb bürosu xəbər verir ki, bunlar Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Xudiyev Elzamin Cəfər oğlu, Daşkəsən rayon Zəylik kənd sakini, 1964-cü il təvəllüdlü Salahov Asiman Aydın oğlu və Daşkəsən rayon sakini, 1975-ci il təvəllüdlü Qurbanzadə Məhərrəm Əjdər oğludur.

Onlar müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Daha bir nəfərə isə ambulator yardım göstərilib və o, evə buraxılıb.

Mübahisə Gəncə şəhərində yerləşən yanacaqdoldurma məntəqələrinin birində baş verib.

***22:31

Gəncə. 28 iyun.