Kövsər hovuzundan kim su içə biləcək?


Digərləri 28 İyn 2018 23:10:00 343 0

Kövsər hovuzundan kim su içə biləcək?

Hədislərdə oxuyuruq ki, Həzrət Peyğəmbər (s) Əmirəl-mömininə (ə) buyurur: "Ey Əli, sən və davamçıların Kövsər hovuzunda mənə qovuşacaqsınız. O halda ki, hamınız sirab olacaqsınız. Sənin düşmənlərin sənə o halda daxil olacaqlar ki, susuz, başlarını yuxarı qaldırmış və gözlərini yerə dikmiş halda olacaqlar".

Son.az deyerler.org-a istinadən bildirir ki, Səduq "Əqaid"də yazır: "Hovuz haqdır. Onun eni - Əyləhə ilə Sənə arasındakı məsafə qədərdir. O hovuz - Peyğəmbərin (s) hovuzudur. O hovuzun rəhbəri və valisi - Əli ibni Əbutalibdir. Öz dostlarına su verər. O hovuzdan düşmənlərini qovar. Hər kim həmin hovuzdan bir dəfə su, içərsə heç bir zaman susuzlamaz".

Həzrət Peyğəmbər (s) buyurur: "O halda ki, mən Kövsər hovuzunda qərar tutacağam, mənim qarşımda səhabələrimdən olan camaat qovulacaqdır. Sol tərəfdə saxlanılacaqdır. Mən hey fəryad çəkəcəyəm: "Ey mənim Allahım! Mənim səhabələrim! Mənim səhabələrim!".