Səfər Mehdiyev Türkiyənin Gömrük və Ticarət naziri ilə görüşüb FOTO


Digərləri 28 İyn 2018 23:02:00 290 0

Səfər Mehdiyev Türkiyənin Gömrük və Ticarət naziri ilə görüşüb  FOTO

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib.

DGK Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, nümayəndə heyəti iyunun 28-də Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Sahəsində Birgə Komitənin ikinci iclasına qatılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ilk olaraq Ankara şəhərində Türkiyənin Gömrük və Ticarət naziri Bülent Tüfekçi ilə görüşüb. Görüşdə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov və Azərbaycan nümayəndə heyətinin digər üzvləri iştirak edib.

Görüşdə ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən ticarət-iqtisadi və xüsusilə də gömrük işi sahəsində mövcud əməkdaşlıq əlaqələrinin dinamik inkişaf etdiyi vurğulanıb.

Türkiyənin Gömrük və Ticarət naziri Bülent Tüfekçi son illər iki ölkə arasında gömrük sahəsində qarşılıqlı əməkdaşlığın artırılması üçün mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Qarşılıqlı məlumat və təcrübə mübadiləsinin bu sahədəki əməkdaşlığı daha da gücləndirdiyi, Azərbaycan ilə əlaqələrə xüsusi önəm verildiyi, gələcəkdə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinin vacibliyi bildirilib.

Bülent Tüfekçi qeyd edib ki, qədim İpək Yolunun yenidən canlandırılması, ölkələrimizin işbirliyi dünyaya nümunədir. Bu qədim yol iki dövlətin həm ticari, həm də iqtisadi baxımdan daha da yüksəlməsinə səbəb olacaq. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan boru xətti və son olaraq da TANAP kimi irimiqyaslı layihələr reallaşdırılıb.


Xəbərə aid fotolar