Gültəkin Hacıbəyliyə AŞPAya giriş


Siyasət 28 İyn 2018 22:32:00 347 0

Gültəkin Hacıbəyliyə AŞPAya giriş

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycan müxalifətinin liderlərindən biri, Milli Şuranın fəalı və Azərbaycan parlamentinin sabiq deputatı Gültəkin Hacıbəyliyə qarşı sanksiya tətbiq edib.

Son.az bildirir ki, bu barədə Turan məlumat yayıb.

Bildirilir ki, qərara əsasən, Gültəkin Hacıbəylinin Avropa Şurası Parlament Assambleyasına girişi qadağan edilib.

Xatırladaq ki, ötən gün AŞPA-nın müstəqil istintaq orqanı qurumun etik normaları pozan və öz hərəkətləri ilə bağlı açıqlama verməyən 29 nəfər keçmiş və indiki üzvünün siyahısını dərc edib. Onların arasında keçmiş deputat G.Hacıbəyli də var.

Deputat mandatını itirəndən sonra G.Hacıbəyli hakimiyyət və ölkə ictimaiyyəti üçün gözlənilmədən siyasi baxışlarını dəyişdi və əvvəllər fanatikcəsinə müdafiə etdiyi hakimiyyətə qarşı çıxdı və siyasi müxalifətin sıralarına qoşuldu.

Ancaq AŞPA-nın qərarı göstərir ki, bu onu Azərbaycanda siyasi məhbuslara və demokratik azadlıqlara qarşı çıxış və təşəbbüslər üçün məsuliyyətdən heç də azad etmir.