Təhsil nazirinə yeni müavin təyin olunub
Digərləri 28 İyn 2018 22:28:00 234 0
Azərbaycan Təhsil Nazirliyinin rəhbərinə yeni müavin təyinatı olub.
Son.az "Report"a istinadən bildirir ki, müvafiq sərəncamla Məhəbbət Məhərrəm qızı Vəliyeva təhsil naziri Ceyhun Bayramovun müavini vəzifəsinə təyin edilib.
O bunadək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində işləyirdi.
Məhəbbət Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub.
1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib.
1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə "XXI əsr" Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.
Mənbə: milli.az