AŞPA məcburi nikahlara dair qətnamə qəbul edib


Dünya 28 İyn 2018 22:29:00 240 0

AŞPA məcburi nikahlara dair qətnamə qəbul edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Avropada məcburi nikahlara dair qətnamə qəbul edib.

Son.az "Report"a istinadən bildirir ki, qətnamədə bildirilir ki, dövlətlər əmin olmalıdırlar ki, məcburi nikahın qurbanı olmaq təhlükəsi altında olan şəxslər problemin qarşısının alınması üçün nəzərdə tutulmuş mövcud mexanizmlərdən faydalanırlar və onlara hərtərəfli yardım göstərilir.

Assambleya dövlətləri bu məsələdə öz yaşadıqları ətraflarda mentaliteti dəyişə biləcək yerli cəmiyyətlərin fəaliyyətinə imkan yaradacaq müvafiq qanunlarını nəzərdən keçirməyə və onları gücləndirməyə çağırır.

Dövlətlərə məcburi nikah məsələsini milli strategiyalarına daxil etmək, inzibati hakimiyyət orqanlarının tərkibində bu məsələ ilə məşğul olan qurum yaratmaq, ictimai məlumatlandırma kampaniyaları təşkil etmək, bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyətini dəstəkləmək və sair tövsiyə olunur.