Rik Perri: ABŞ Azərbaycanın qlobal enerji layihələrinə dəstəyini bundan sonra da davam etdirəcək


İqtisadiyyat 28 İyn 2018 21:51:18 254 0

Rik Perri: ABŞ Azərbaycanın qlobal enerji layihələrinə dəstəyini bundan sonra da davam etdirəcək

Azərbaycanın energetika naziri amerikalı həmkarı ilə görüşüb

Vaşinqtonda 27-ci Dünya Qaz Konfransı çərçivəsində energetika naziri Pərviz Şahbazov ABŞ-ın enerji naziri Rik Perri ilə görüşüb.

“Report” xəbər verir ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq və qlobal enerji layihələrinin həyata keçirilməsində ABŞ-ın rolu ətrafında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Azərbaycanla ABŞ arasında strateji əlaqələrdə enerji təhlükəsizliyi mühüm yer tutur. Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyini, Avropaya enerji ehtiyatları təchizatının diversifikasiyasını təmin edəcək layihələr həyata keçirməsi onun enerji təhlükəsizliyi sistemində əhəmiyyətini artırır. Rik Perri ABŞ-ın Azərbaycanın qlobal enerji layihələrinə dəstəyinin bundan sonra da davam etdiriləcəyini deyib. Energetika naziri isə öz növbəsində Azərbaycanın enerji sektorunun irimiqyaslı layihələrlə qlobal enerji məkanına inteqrasiyasında ABŞ-ın mövqeyini yüksək qiymətləndirib. Görüşdə Texas ştatının dünyanın inkişaf etməkdə olan enerj mərkəzi sayılan Hyuston şəhəri ilə Bakı arasında ortaq maraqlara əsaslanan dostluq və qardaşlıq münasibətlərinə də toxunulub. Bu münasibətlərin enerji sahəsində əməkdaşlığa da töhfə verdiyi qeyd olunub.

Energetika naziri Pərviz Şahbazovun ABŞ Dövlət Katibinin köməkçisi, Enerji Resursları Bürosunun rəhbəri Frank Fannon, ABŞ-ın ticarət nazirinin beynəlxalq əlaqələr üzrə köməkçisi İan Paul Steff və digər yüksək səviyyəli şəxslərlə də görüşü olub.