Xərçəngin inkişaf etməsini dayandıran dərman


Digərləri 28 İyn 2018 21:50:00 278 0

Xərçəngin inkişaf etməsini dayandıran dərman

ABŞ-ın Oreqon Universitetinin mütəxəssisləri 4 tip xərçəngin inkişaf etməsini dayandıracaq bir dərman hazırladı. Elm adamları bu dərmanın sinə, prostat, yoğun bağırsaq və ağciyər xərçənglərinin inkişaf etməsini dayandırdığını bildirdi.

Son.az deyerler.org-a istinadən bildirir ki, amerikalı elm adamları erkən diaqnoz qoyulduğu hallarda yeni hazırlanmış bu dərmanla sinə, prostat, yoğun bağırsaq və ağciyər xərçənglərinə tutulan şəxslərin həyatlarının xilas ola biləcəyini söylədi.

Genetik olaraq dəyişdirilmiş xərçəngli siçanlar üzərində aparılan araşdırmalarda KBU2046 dərmanının şiş metastazlarını yox etdiyi müşahidə edildi.