Vasif Talıbovdan yeni təyinat


Siyasət 28 İyn 2018 21:42:00 238 0

Vasif Talıbovdan yeni təyinat

Bəhruz Surxay oğlu Bayramov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.

Son.az bildirir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 28-də fərman imzalayıb.

Qeyd edək ki, Bəhruz Bayramov bundan əvvəl Həsən Əliyev adına "Araz" Elm-İstehsalat Birliyinin baş direktoru və eyni zamanda Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb.