Saturnun peykində həyat izi aşkarlandı FOTO


Digərləri 28 İyn 2018 21:43:00 274 0

Saturnun peykində həyat izi aşkarlandı  FOTO

Tarixdə ilk dəfə olaraq Saturnun peyki olan Enseladda mürəkkəb üzvi molekullar aşkarlanıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu haqda "Nature" jurnalının 27 iyun buraxılışında məqalə dərc olunub.

Tapıntının təsfilatlı şəkildə araşdırılması və Enselad kimi buzlaq aylarda həyatın mövcudluğu ehtimallarının müəyyən edilməsi məqsədilə ən yaxın zamanda planetin təbii peykinə kosmik aparat göndəriləcək.

Saturnun böyüklüyünə görə altıncı ayının diametri cəmi 505 kilometrdir.

Buna qədər alimlər Enselad şleyflərində yalnız beş atoma qədər böyüklükdə olan üzvi karbon birləşmələri tapa bilmişdi. Hazırda isə onlar azı 15 karbon atomundan ibarət üzvi molekulllar aşkarlaya bilib.


Xəbərə aid fotolar