Gürcüstanda “Azərbaycan qadını” adlı filmin çəkilişlərinə başlanılıb


Digərləri 28 İyn 2018 21:20:30 172 0

Gürcüstanda “Azərbaycan qadını” adlı filmin çəkilişlərinə başlanılıb

Filmin premyerası avqustun 8-nə nəzərdə tutulub

Gürcüstanda “Azərbaycan qadını” (Азербайджанка) adlı filmin çəkilişlərinə başlanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, 2008-ci ildə Gürcüstanda başlamış müharibədə real hadisələrdən bəhs edən filmin əsas süjet xəttini azərbaycanlı qadının xüsusi qəhrəmanlıq göstərərək uşaqları necə xilas etməsi təşkil edir.

Filmin müəllifi və ssenaristi Mehman İsgəndərov, rejissoru Georgi Kikaleişvilidir. Filmdə azərbaycanlı və gürcü aktyorlar rol alıblar.

Film real hadisələrdən bəhs edir. Filmin qəhrəmanı hesab edilən azərbaycanlı qadın hazırda həyatda olmasa da, onun yaratdığı həyat hekayəsi izsiz itməməli və gələcək nəsillərə ötürülməlidir.

Gürcüstanda başlamış müharibənin dəhşətlərindən qorxuya düşən insanlar, xüsusən də uşaqlar müxtəlif yerlərə qaçırlar. Müharibənin ağrı-acısının, dəhşətlərinin şahidi olmuş azərbaycanlı qadın tapdığı evsiz gürcü uşağını himayəyə götürür və onu Gürcüstana qaytarmağa çalışır. Xocalı soyqırımının dəhşətlərini görən qadın, həm də, yaxşı başa düşür ki, özgənin uşağı deyə bir anlayış yoxdur.

Bir sözlə “Azərbaycan qadını” filmi müharibənin ağrı-acısı ilə yanaşı, insanlara gürcü və Azərbaycan xalqları arasındakı möhkəm dostluğun olduğunu xatırladır.

Filmin premyerası avqustun 8-nə nəzərdə tutulub.