Mömin bəla görə bilər, amma əzab yox


Digərləri 28 İyn 2018 21:20:00 271 0

Mömin bəla görə bilər, amma əzab yox

Bəla, əgər xoş simada zahir olarsa - sərvət, pis simada zahir olarsa - yoxsulluq, zəlzələ, sel və başqa təbii hadisələr şəklində özünü göstərər.

Son.az deyerler.org-a istinadən bildirir ki, hər baş verən hadisəni insanın günahları ilə bağlamaq olmaz. Bəlkə bəla bəzən ona görə nazil olur ki, insan paklanıb, saflansın və Allaha yaxınlaşsın.

Misal üçün, bu ayə baş verən hadisənin imtahanla bağlı olduğunu bəyan edir: "Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver". ("Bəqərə" 155).

Yəni, bu ayə demir ki, məhz etdiyin günahlara görə sizə bu bəlaları göndəririk.

Möminin bəlası hər nə qədər çox olarsa, deməli Allah yanında məqamı daha yüksəkdir.

Əbdurrəhman ibni Həccac nəql edir: "İmam Sadiqin (ə) yanında olanda söz bəladan düşdü və Həzrət (ə) buyurdu: "Peyğəmbərdən (s) soruşurlar: "Bu dünyada kimin bəlası hamıdan daha ağırdır?". Həzrət (s) buyurur: "Peyğəmbərlərin, sonra hər kim onlara daha çox bənzəyir. Ondan sonra iman və gözəl əməllərin səviyyəsinə görə məqama malik olan möminlər.

Ona görə də hər kimin imanı doğru və əməlləri saleh olar - çətinlikləri ağır olar. Hər kimin imanı süst və əməlləri zəif olarsa - çətinlikləri az olar"".