Bakıda keçirilmiş hərbi parad xarici mediada geniş işıqlandırılıb VİDEO


Digərləri 28 İyn 2018 21:04:00 453 0

Bakıda keçirilmiş hərbi parad xarici mediada geniş işıqlandırılıb  VİDEO

Azərbaycan Silahli Qüvəllərinin 100 illiyi münasibəti ilə keçirilən təntənəli parad xarici ölkələrin mediasinda da işıqlandırılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, İtaliya, Türkiyə, İsrail və İordaniya nəşrləri Bakıdakı möhtəşəm paradın yaratdığı xoş təəsürat və Azərbaycan Ordusunun son 15 ildə daha da gücləndiyini yazıblar.

İtaliyanın nüfuzlu "Agenzia Nova" xəbər saytında "Bakıda hərbi paradda Türkiyə istehsalı olan Som-B1 raketi nümayiş etdirilib" sərlövhəli məqalə yerləşdirilib. Yazıda Bakıda hərbi paradda Som-B1 raketinin nümayişinin tarixdə unikal bir hadisə olduğu qeyd edilir. Bildirilir ki, Türkiyənin müdafiə şirkəti "Roketsan" tərəfindən istehsal edilən quru və dənizdəki hədəfləri məhv etmək üçün hazırlanan Som-B1 raketi 230 kiloqram döyüş mərmisinə sahibdir. Raket 250 kilometrdəki hədəfi məhv etmək bacarığındadır.

Təntənəli hərbi parad Türkiyənin kütləvi informasiya vasitələrində də geniş işıqlandırılıb. Türk silahlı qüvvələrinin geniş tərkibli heyətlə paradda iştirakı, o cümlədən Türkiyə istehsalı olan hərbi texnika və məhsulların Ordumuzun təchizatına daxil edilməsi və digər maraqlı məqamlar informasiyalarda xüsusi vurğulanıb.

Anadolu agentliyinin hərbi paraddan yaydığı 45 fotoşəkil Silahlı Qüvvələrimizin qüdrətini, Ordumuzun hərbi hazırlığını və yüksək təchizatını dolğun əks etdirir. Türkiyənin nüfuzlu "Milliyyət" "Axsam", "Star", "Yeni Şəfəq", "Sabah" və digər qəzetlərində də Azadlıq meydanındakı hərbi parad barədə geniş informasiyalar dərc edilib. Yazılarda Azərbaycan Ordusunun qüdrətlənməsi qürur mənbəyi kimi təqdim olunub.

İordaniyanın "Petra" Dövlət Xəbərlər Agentliyi də ordumuzun 100 illik paradından yazıb. Məqalədə Azərbaycanda hərbi və müdafiə sənayesinin inkişafından bəhs edilir, Dağlıq Qarabağ münaqişəsinə də toxunulur, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarının nəticəsiz qaldığı vurğulanır. Məqalədə cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və minaatanlardan da istifadə etməklə Ermənistan silahlı qüvvələrinin atəşkəsi daim pozduğu diqqətə çatdırılır.


Xəbərə aid video