25 yaşlı oğlan naməlum şəraitdə xəsarət aldı


Digərləri 28 İyn 2018 20:52:00 265 0

25 yaşlı oğlan naməlum şəraitdə xəsarət aldı

Tovuz rayonunda gənc oğlan xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Bozalqanlı kəndində baş verib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Nəsibov Vasif Mətləb oğlu sağ böyrəküstü nahiyənin kəsilmiş-deşilmiş yarası ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralıya tibbi yardım göstərilib.

Yaralı bildirib ki, o yıxılaraq xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.