Tərtərdə istehlakçı hüquqlarına dair konfrans keçirilib


Digərləri 28 İyn 2018 20:51:00 252 0

Tərtərdə istehlakçı hüquqlarına dair konfrans keçirilib

"Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda konfrans keçirilib.

Bakı. Tərtərdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı, aidiyyəti dövlət orqanlarının, sahibkarlıq subyektlərinin, ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda konfrans keçirilib. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat verilib, Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. Konfransda Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarına dair müxtəlif mövzularda məruzələrlə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.