"Şahdəniz-2" dən ilk kommersiya qazının tədarük ediləcəyi vaxt açıqlanıb


Digərləri 28 İyn 2018 20:37:00 299 0

"Şahdəniz-2" dən ilk kommersiya qazının tədarük ediləcəyi vaxt açıqlanıb

"Şahdəniz-2" dən ilk kommersiya qazının tədarükü gələn həftə başlayacaq.

Bakı. Ənvər Məmmədov - "Şahdəniz-2" dən ilk kommersiya qazının tədarükü gələn həftə başlayacaq. Bunu Trend-ə "BP-Azerbaijan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. B.Aslanbəylinin sözlərinə görə, hazırda ən son sazlama işləri aparılır. "Qaz artıq sistemdədir və hazırda ən son sazlama işləri aparılır. Gələn həftənin əvvəlinə gözlədiyimiz alıcı sifariş verən kimi qaz tədarük olunacaq".