Azərbaycanda 13 milyonluq layihələr reallaşdırılacaq


Digərləri 28 İyn 2018 20:16:00 252 0

Azərbaycanda 13 milyonluq layihələr reallaşdırılacaq

2018-2020-ci illərdə kommunal xidmətlərin inkişafı üzrə strateji yol xəritəsi çərçivəsində Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ümumilikdə 13 milyon manat həcmində 23 layihə həyata keçirməyi planlaşdırır.

Son.az bildirir ki, bu barədə Trend-ə məlumatlı mənbə bildirib.

Layihələr ümumi həcmi 4200 meqavatt olan külək, su və bioyanacaq elektrik stansiyalarının tikintisini əhatə edir. Külək elektrik stansiyalarının gücü 3500 meqavatt, günəş elektrik stansiyalarının gücü 500 meqavatt, bioyanacaq elektrik stansiyalarının gücü 200 meqavatta bərabər olacaq. Günəş elektrik stansiyalarının tikintisi 10,20 milyon manat, günəş elektrik stansiyalarının tikintisi 1,48 milyon manat, bioyanacaq elektrik stansiyalarının tikintisi 1,16 milyon manat təşkil edəcək.