Dünyanın ən kök uşağı arıqlamağa başladı


Digərləri 28 İyn 2018 19:42:00 304 0

Dünyanın ən kök uşağı arıqlamağa başladı

Hindistanın paytaxtı Dehlidə dünyanın ən kök uşağı 65 kiloqram arıqlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, 14 yaşlı Mihir Cain aprel ayında mədəsindən əməliyyat olunduqdan sonra bu qədər çəki atıb.

Əvvəl 237 kiloqram çəkisi olan yeniyetmə hazırda 172 kiloqramdır. Qeyd olunur ki, tam sağlam şəkildə dünyaya gələn M.Cain yağlı yemək və qazlı içkilərə aludə olduğu üçün 8 yaşında 80 kiloqramadək kökəlib.