Türkmənlərə ölkəni tərk etmək qadağan olundu


Dünya 28 İyn 2018 19:18:00 271 0

Türkmənlərə ölkəni tərk etmək qadağan olundu

Türkmənistan hökuməti 40 yaşdan aşağı şəxslərin ölkəni tərk etməsinə qadağa qoyub.

Son.az oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı "Azadlıq Radiosu"nun yerli bürosu məlumat verib.

Bildirilib ki, bəzi sakinlər miqrasiya xidmətinə turistik vizaları almaq üçün müraciət ediblər. Məmurlar viza verilməməsinin səbəblərini açıqlamayıblar.

"Miqrasiya idarəsinin əməkdaşları bildiriblər ki, yuxarıdan verilən tapşırıq əsasında yaşı 40-dan aşağı olan şəxslərin ölkədən çıxışına qadağa qoyulub.