AtaBankın ənənəvi kampaniyası yenidən başlayır


Digərləri 28 İyn 2018 19:00:01 295 0

AtaBankın ənənəvi kampaniyası yenidən başlayır

“Nağdsız ödə, nağd qazan" adlı ani stimullaşdırıcı lotereya kampaniyası yenidən başlayır.

Bakı. "AtaBank" ASC-nin bu il də hər il olduğu kimi “Nağdsız ödə, nağd qazan" adlı ani stimullaşdırıcı lotereya kampaniyası yenidən başlayır. Bankdan Trend-ə verilən məlumata görə, "Nağdsız Ödə, Nağd Qazan" – istənilən bankın plastik kart sahibinin AtaBank-dan nağd pul qazanması şansı deməkdir! Lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan rezident şəxslər iştirak edə bilərlər. Bank kartları ilə etdiyiniz hər 25 manatlıq ödəniş çeki (və ya çekləri) sayəsində Siz 1 ani uduş lotereya kuponu əldə edirsiniz. Məhz bu lotereya Sizi şanslılardan edəcək! Lotereyanı elə yerindəcə pozun və minlərlə uduşlardan biri Sizin olsun! Ani stimullaşdırıcı lotereya kuponlarının əldə edilməsi üçün kart istifadəçisi təqvim ayı ərzində "AtaBank" ASC-nin POS-terminal şəbəkəsində nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq bankın istənilən filial və ya şöbəsinə müraciət etməlidir.