Özillə fanat arasında qalmaqal


İdman 28 İyn 2018 18:48:00 306 0

Özillə fanat arasında qalmaqal

Almaniya millisinin yarımmüdafiəçisi Məsut Ozillə bir azarkeş arasında qalmaqal yaşanıb

Goal.az-ın “The Sun” nəşrinə istinadən yaydığı xəbərə görə, hadisə dünən Almaniyanın Koreyaya 0:2 hesabı ilə uduzduğu dünya çempionatının oyunundan sonra baş verib.

Bildirilir ki, alman fanat meydandan soyunub-geyinmə otağına yollanan türkəsilli futbolçunu təhqir edib. Bu zaman Özil ona cavab verib. Daha sonra isə tərəflər arasında söz atışması yaşanıb. Əsəbi olan Almaniya millisinin digər futbolçuları da baş verənlərə qoşulub.

Təhlükəsizlik xidmətinin müdaxiləsindən sonra Özil paltardyişmə otağına yollanıb.