Maradona cavabını aldı: Qoca axmaq


Dünya 28 İyn 2018 18:30:00 298 0

Maradona cavabını aldı: Qoca axmaq

Dünya çempionatının D qrupu çərçivəsində keçirilən Nigeriya - Argentina matçının son dəqiqələrində Dieqo Armando Maradonanın etdiyi qeyri-etik jest cavabsız qalmayıb.

Son.az apasport.az-a istinadən məlumatına görə, nigeriyalı hücumçu Emmanuel Emenike Argentinanın ikinci qolundan sonra orta barmağını göstərən futbol əfsanəsini təhqir edib.

2015-ci ildə milli karyerasını bitirən "Olimpiakos"un forvardı Maradonanın gənc nəslə pis örnək olduğunu söyləyib: "Həyatım boyu gördüyüm ən böyük axmaq. Maradona, sənin yeni nəslə mesajın nədir? FİFA bunu görməlidir. Qoca axmaq! Ümid edirəm ki, Nigeriyada bir yerdə qarşıma çıxarsan".