“Report”: OPEC-in hasilatı artırmaq qərarı ABŞ-ın İranla bağlı addımları fonunda effektsiz ola bilər - ANALİTİKA


Digərləri 28 İyn 2018 17:55:44 175 0

“Report”: OPEC-in hasilatı artırmaq qərarı ABŞ-ın İranla bağlı addımları fonunda effektsiz ola bilər - ANALİTİKA

Avropada islam respublikasına qarşı sanksiyaları narahatlıqla və narazılıqla qarşılayırlar

ABŞ-ın, müttəfiqi olan ölkələrdən və onların şirkətlərindən bu ilin noyabr ayına qədər İrandan neft ixdalının dayandırılmasını tələb etməsi dünya bazarında “qara qızıl”ı bahalaşdırıb.

“Report”un analitik qrupu bildirir ki, əmtəə birjalarında “Brent” markalı neft 1 dollardan, “WTI” markalı neft isə 2 dollardan çox bahalaşıb.

Hazırda onların qiyməti müvafiaq olara 77-78 dollar və 72-73 dollar civarındadır.

Qeyd edək ki, İran Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) aparıcı üzvüdür. Bu ölkənin gündəlik neft hasilatının həcminin 3,2 mln. barel, neft ixracatının həcminin isə 2 mln. barel olduğu deyilir. Odur ki, Avropada ABŞ-ın islam respublikası bu ölkə ilə bağlı addımlarını narahatlıqla və narazılıqla qarşılayırlar.

Məsələn, Fransanın xarici işlər naziri Cen Yves Le Drayn bəyan edib ki, İrana qarşı atılmış addımlardan Avropa şirkətləri ziyan çəkməməlidir. O, bunun üçün ABŞ-la müzakirələrə başlayacağını deyib. Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer isə İranla bağlı qadağalara görə ölkəsinin şirkətlərin üzləşə biləcəkləri riskləri minimum endirməyə çalışacaqlarını bildirib.

“Report”un analitik qrupu hesab edir ki, indiyə şəraitdə OPEC ölkələrinin bir qədər əvvəl gündəlik neft hasilatının həcmini 1 mln. barel artırmaq barədə neft bazarında bolluq yaratmayacaq. Ən yaxşı halda İrana qarşı tətbiq edilən sanksiyalardan yaranacaq boşluq doldurulacaq. Çünki, sanksiyalar nəticəsində İranın neft ixracının həcmi 300-600 min barel, hətta 1 mln. barel azala bilər. Bu isə nefti nəinki ucuzlaşmağa qoymayacaq, əksinə bir qədər də bahalaşdıra bilər.

Bununla belə, ABŞ-ın addımı onu avropalı müttəfiqlərinin nəzərində “sözünə güvənilməyən ölkə”yə çevirib və ikitərəfli münasibətlərdə qırılma kimi qəbul olunur. Avropa ölkələri ABŞ-ın qərarına baxmayaraq İranla siyasi və iqtisadi əlaqələrini məhdulaşdırmaya da bilər.