Dövlət Agentliyi: Bakı-Sumqayıt yolu təmir olunmasaydı, asfalt örtüyünün alt qatında daha ciddi problemlər yaranacaqdı


Digərləri 28 İyn 2018 17:52:00 305 0

Dövlət Agentliyi: Bakı-Sumqayıt yolu təmir olunmasaydı, asfalt örtüyünün alt qatında daha ciddi problemlər yaranacaqdı

Bakı-Sumqayıt yolu təmir olunmasaydı, asfalt örtüyünün alt qatında daha ciddi problemlər yaranacaqdı.

Bakı. Samir Əli - Bakı-Sumqayıt yolu təmir olunmasaydı, asfalt örtüyünün alt qatında daha ciddi problemlər yaranacaqdı. Bunu Trend-ə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib. A.Nəcəfli bildirib ki, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 6-18-ci km-lik hissəsi 2008-ci ildə istifadəyə verilib və bu günə qədər, yəni 10 ildir təmir olunmayıb: "Normativə əsasən hər 4-5 ildən bir yol örtüyünün aşınma qatı yenilənməlidir. Hazırda da bu işlər görülür. Sözügedən yol örtüyünün üst qatında intensiv hərəkət və təbii amillərin təsiri ilə artıq aşınmalar yaranmışdı. Təmir işləri aparılmasaydı, 1-2 ildən sonra asfalt örtüyünün alt qatında daha ciddi problemlər yaranacaqdı. Artıq o zaman yol daha uzun müddətə bağlanılaraq təmirinə ehtiyac yaranacaqdı. Bu səbəbdən yolun hazırda qısamüddətli təmiri daha məqsədəuyğun idi". Qurum rəsmisi qeyd edib ki, bu cür işlər Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına daxil olan bütün qurumlarla məsləhətləşib razılaşdırıldıqdan sonra aparılır: