Hərbi qulluqçuların pensiyaları ilə bağlı


Digərləri 28 İyn 2018 17:21:00 280 0

Hərbi qulluqçuların pensiyaları ilə bağlı

"Müvafiq qrafikə uyğun olaraq, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin iyun ayı üzrə pensiyalarının maliyyələşdirilməsi artıq yekunlaşıb. Vəsait bu gün onların pensiya hesablarına köçürüləcək".

Son.az bildirir ki, bunu "report"a açıqlamasında  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib.

O bildirib ki, ölkədə pensiyaların maliyyələşdirilməsi üçün qrafik mövcuddur və hər ay olduğu kimi, bu ay da həmin qrafik üzrə işlər normal qaydada yerinə yetirilib: "Belə ki, ayın 11-dək Naxçıvan Muxtar Respublikası, ayın 13-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, ayın 16-dək əhalisi məcburi köçkün olan rayonlar, ayın 18-dək respublika tabeli şəhərlər, ayın 24-dək digər rayonlar üzrə pensiya ödənişi təmin edilib. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin də pensiyaları qrafik əsasında hər ayın 29-dək ödənilir və iyun ayında da bu sahədə heç bir gecikmə özünü göstərmir".