Ərdoğan hökumətin yeni tərkibini nə vaxt açıqlayacaq?


Digərləri 28 İyn 2018 17:08:00 234 0

Ərdoğan hökumətin yeni tərkibini nə vaxt açıqlayacaq?

Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın hökumətin yeni tərkibini elan edəcəyi ilkin tarix açıqlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın dövlət başçısının hökumətin yeni tərkibini iyulun 8-dən sonra açıqlaya biləcəyini deyib.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Prezident seçkilərində R.T.Ərdoğan 52,5 faiz səslə qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyasından olan Məhərrəm İncə isə səslərin 30,7 faizini toplayıb.