İtaliyada təhsil vizası üçün sənədlər siyahısında


Digərləri 28 İyn 2018 16:26:00 302 0

İtaliyada təhsil vizası üçün sənədlər siyahısında

İtaliyanın Azərbaycandakı səfirliyi İtaliyada təhsil vizasına müraciət etmək üçün lazımlı sənədlər siyahısında dəyişkilik edib.

Son.az bildirir ki səfirlikdən Trend-ə verilən məlumata görə, vizaya müraciət edən tələbələr İtaliya Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş məbləğdə (illik 5.889 Avro) maliyyə vəsaitinə malik olmasına dair bank arayışı təqdim etməlidir.

Tələbə bu maliyyə vəsaitini göstərmək üçün İtaliya banklarının birində və ya Yapikredi Azərbaycan bankında cari hesabı üzrə arayış təqdim etməlidir. Sözügedən vəsait ən azı viza sorğusuna cavab verilənədək həmin hesabda qalmalıdır. Və yaxud tələbə Azərbaycanda fəaliyyət göstərən istənilən bankdan son 6 (altı) ayın bank əməliyyatlarını özündə əks etdirən arayış təqdim etməlidir.