Norveçin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır


Digərləri 28 İyn 2018 16:24:00 285 0

Norveçin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Xarici işlər naziri Elmar Məmmədyarov Norveçin Azərbaycandakı səfirini qəbul edib

Bakı. Xarici işlər naziri Elmar Məmmədyarov Norveçin Azərbaycandakı səfiri Bard İvar Svendseni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı enerji sahəsində ölkələrimiz arasında etibarlı tərəfdaşlıq yüksək qiymətləndirilib. Səfir B.İ.Svendsen diplomatik fəaliyyətinin həyata keçirilməsi üçün göstərilmiş dəstəyə görə Azərbaycan Respublikasına təşəkkür edib. E.Məmmədyarov B.İ.Svendsenə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin