Azərbaycan deputatı AŞ PA komitəsinin məruzəçisi seçildi


Siyasət 28 İyn 2018 15:40:00 303 0

Azərbaycan deputatı AŞ PA komitəsinin məruzəçisi seçildi

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası çərçivəsində qurumun Sosial məsələlər komitəsinin iclası keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, iclasda komitənin "Autizm diaqnozlu insanların və onların ailələrinin müalicəsi" adlı mövzu ilə bağlı məruzəçisinin təyin edilməsi üçün səsvermə keçirilib.

Milli Məclisin deputatı, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın və britaniyalı Lord Don Touhiqin namizədliyi irəli sürülüb.

S.Fətəliyeva səslərin əksəriyyətini toplayaraq Sosial məsələlər komitəsinin məruzəçisi seçilib.