Azərbaycanda 1000dən çox narkoman anonim müalicə alır


Digərləri 28 İyn 2018 15:32:00 315 0

Azərbaycanda 1000dən çox narkoman anonim müalicə alır

Azərbaycanda qeydiyyatda olan 30 131 nəfər narkomanın 25 139 nəfəri dispanser qeydiyyatındadır. Narkomanların 4 992 nəfəri profilaktik, 1 031 nəfəri anonim müalicə alır.

Son.az bildirir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, narkoman qadınların ümumi sayı 595 nəfərdir. Onların 450 nəfəri dispanser qeydiyyatındadır. Narkomanlar arasında toksikomanların ümumi sayı 212 nəfərdir ki, onların 207 nəfəri dispanser qeydiyyatındadır.

2017-ci il ərzində 2 115 narkoman qeydiyyata götürülüb. Onların 1 566 nəfəri dispanser, 549 nəfəri profilaktik qeydiyyata götürülüb.

2017-ci il ərzində qeydiyyatdan çıxarılan narkomanların ümumi sayı 1 432 nəfərdir. Onların 488 nəfəri dispanser, 944 nəfəri profilaktik qeydiyyatda olub. İnyeksion narkotik istifadəçilərinin sayı 21 038 nəfər təşkil edir. Onlardan 393 nəfəri qadındır.

2018-ci ilin I rübü ərzində Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub. Respublika üzrə 2018-ci ilin I rübü ərzində ekspertizadan cəmi 526 nəfər keçib. Onlardan 372 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub. 2018-ci ilin I rübü ərzində mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 17 nəfər olub.