Göyçay sakinində külli miqdarda marixuana tapıldı


Kriminal 28 İyn 2018 14:46:00 237 0

Göyçay sakinində külli miqdarda marixuana tapıldı

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DIN Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan rayonun I Ərəbcəbirli kənd sakini Kamil Qəndəliyevdən şəxsi axtarış zamanı 3,48 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Evin həyətyanı sahəsindəki tikilidən də 485 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.